Ərdoğan: "Terrorçularla mübarizə aparan qəhrəman ordumuzla fəxr edirəm"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi üçün təhlükə yaradan İraqdakı PKK terror təşkilatına qarşı Türkiyə Silahlı Qüvvələrinin (TSK) başlatdığı mübarizə hərəkatı mərkəzi ilə əlaqə saxlayaraq hərbiçilərə müraciət edib.
Milli.Az APA-ya istinadən bildirir ki, Türkiyə Prezidenti İraqın şimalında "Pəncə Şimşək" və "Pəncə İldırım" hərəkatlarına başlandığını bildirib.
Ərdoğan deyib ki, Türkiyənin məqsədi qonşu İraqın ərazi bütövlüyünü nəzərə almaqla ölkəsinin cənub sərhədlərindəki terrorçuları tamamilə yox etmək və təhlükəni aradan qaldırmaqdır:
"Türkiyənin, İraqın, Suriyanın gələcəyində separatçı terror təşkilatlarına yer yoxdur. Regionumuza qan, göz yaşı və dağıntıdan başqa bir şey gətirməyən bu qatilləri ortadan qaldırana qədər mübarizəmizi davam etdirəcəyik" deyə bildirən Ərdoğan əməliyyatlarda maksimum şəkildə Türkiyənin yerli və milli müdafiə sənaye məhsullarından istifadə edildiyini vurğulayıb.
Türkiyə Prezidenti deyib ki, dünəndən başlanan "Pəncə Şimşək" və "Pəncə İldırım" əməliyyatlarında sığınacaq və mağaralar atəşə tutulub və şox sayda terrorçu zərərsizləşdirilib: "Terroru məhv etmək və vətəndaşlarımızı terror bəlasından tam azad etmək qərarındayıq. Qəhrəman ordumuz və bu tarixi mübarizəni həyata keçirən ordumuzun bütün üzvləri ilə fəxr edirik", - deyə Türkiyə Prezidenti əməliyyatda iştirak edən hərbiçilərlə qürur duyduğunu deyib.
Qeyd edək ki, Türkiyə İraqdakı PKK terror təşkilatına qarşı havadan və qurudan geniş miqyaslı əməliyyatlara başlayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü: İki sərbəst yürüş başa çatıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)





