Dünya

Sankt-Peterburqdan Bakıya uçuşlara icazə verildi

22 Aprel 2021 16:32
Baxış: 1 588
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Sankt-Peterburq şəhərindən 15 ölkəyə, o cümlədən, Azərbaycana uçuşların həyata keçirilməsi üçün 3 aviaşirkətə lisenziya verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, müvafiq icazələr "Aeroflot", "S7Airlines" və "PEGAS Fly" şirkətlərinə verilib.

Bu aviaşirkətlərin reysləri koronavirus pandemiyası ilə əlaqədar dayandırılmışdı.

Xatırladaq ki, Rusiya Hava Nəqliyyatı Federal Agentliyi Bakıya müntəzəm uçuşlar üçün "Uralskiye avialinii", "Severnıy veter", "Red Uinqz", "İkar", "İjavia", "İrAero" şirkətlərinə də lisenziyalar vermişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.