Dünya

Amerikalı general Kiyevi xəbərdar etdi: çox ağır vəziyyətə düşəcəksiniz

19 Aprel 2021 09:49
Baxış: 1 354
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əgər Moskva öz silahlı qüvvələrinin imkanlarının bütün spektrindən istifadə etsə, Kiyev çox ağır vəziyyətə düşəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin generalı Filip Bridlav deyib.

Hərbçinin sözlərinə görə, Rusiya ordusunun qüdrəti lazımınca qiymətləndirilməsə, çox təhlükəli vəziyyət yaranacaq.

"Bu, qəbuledilməzdir və ağılsızlıqdır. Bunu hərbçi kimi deyirəm", - deyə Bridlav bildirib.

General qeyd edib ki, Rusiya ilə münaqişə baş verərsə, Ukraynaya kömək lazım olacaq.

Bridlav Ukraynanın Moskva ilə Vaşinqtonun arasında "döyüş meydanı"nın olması fikri ilə də razılaşmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.