Dünya

Qaqarinin ölümü barədə yeni versiya açıqlandı - FOTO

12 Aprel 2021 18:44
Baxış: 1 202
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sovet kosmonavtı və kosmosa uçan ilk insan Yuri Qaqarinin ölüm səbəbi təyyarəsinin şar-zondla (meteozond) toqquşması ola bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə ehtimalı SSRİ-nin pilot-kosmonavtı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Boris Volınov irəli sürüb.

Onun sözlərinə görə, Qaqarinin həlak olduğu aviaqəza barədə bir sıra versiyalar var və həqiqəti təsbit etmək çətindi. Ancaq bir versiyaya görə, təyyarə böyük sürətlə meteoroloji şar-pilota çıpılıb.

Kosmonavt həmçinin yüksək sürətdə şarı əvvəlcədən görməyin mümkün olmadığını da qeyd edib.

Onu da qeyd edək ki, Volınov ilk kosmonavt korpusunun tərkibində Qaqarinlə birlikdə uçuşlara hazırlaşıb.

Yer kürəsi ətrafında dövr edən ilk insan Yuri Qaqarin 1968-ci il martın 27-də Rusiyanın Vladimir vilayəti Kirjaç rayonunun Novoselovo kəndi yaxınlığında MiG-15UTİ-nin sınaq uçuşu zamanı qəzaya uğrayaraq həlak olub. Təyyarədə onunla birlikdə pilot təlimatçı, alay komandiri Vladimir Sereqin də olub. Qəzanın dəqiq səbəbi hələ də müəyyənləşdirilməyib

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.