Ermənistanda iqtisadi böhran yaşanır - Yumurta davası - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müharibədən məğlub çıxan Ermənistan indi elə vəziyyətdədir ki, əhali heç pasxa bayramını da əli dolu, süfrəsi dolu keçirə bilmir. Adi ərzaq məhsullarının qıtlığının yaşandığı bu ölkədə pasxa ancaq kilsələrdəki ayinlərlə qeyd olunur. İndi sizə bu gün İrəvan küçələri və bazarlarında lentə alınan görüntüləri təqdim edəcəyik. Ermənistan vətəndaşları deyir ki, pasxada süfrəyə ən çox qoyduqları yumurtanı belə tapa bilmirlər.
Təbii yumurta tapmayan ermənilər Pasxa bayramında oyuncaq yumurtanın ümidinə qalıblar.
Ermənistanda iqtisadi vəziyyət elə pisləşib ki, Pasxada süfrəyə ən çox qoyulan yumurtanı belə tapmaq olmur. Sakinlər deyir ki, ilk dəfədir bayramı belə bərbad vəziyyətdə qeyd edirlər. Qıtlıq təkcə yumurtada özünü göstərmir. Yağ, quş əti, süd məhsulları və şoklad kimi bayramda ən çox istifadə edilən məhsullar da qıtlaşıb. Yerli istehsal demək olar ki, yoxdur, idxal edilən məhsullar isə ya hədsiz bahalaşıb və ya ümumiyyətlə tapılmır.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, yerli media qurumlarının birinin hazırladığı bu reportajda Valeriya adlı bu qadın deyir ki, Pasxanı yaxşı keçirmək üçün pul yığırdı. Amma bu gün bazara çıxsa da, həm bahalıqdan, həm də istədiklərini tapa bilmədiyindən sadəcə səməni alıb evə qayıtmağa məcbur qalıb. Valeriya bildirir ki, nəvələri ona qonaq gəlsələr onların qarşısına nə bişirib qoyacağını bilmir və buna görə sarsıntı keçirir.
Bu İrəvan sakini isə deyir ki, şəhərin müxtəlif yerlərində yaşayan rəfiqələrinə zəng edib və hamı eyni problemdən şikayətlənir: Qıtlıq və bahaçılıq.
Satıcılar da deyir ki, ilk dəfədir Pasxa Ermənistanda bu qədər sönük və qıtlıqla keçir. Piştaxtalarda ancaq göyəti, köhnəlmiş balıq və evlərdə kustar üsulla hazırlanan çaxır qablarını görmək mümkündür. Bununla necə bayram keçirəsən?
Reportajda qeyd olunur ki, bayramda yeməkləri bişirənlər əsasən qadınlar olduğu üçün məhz onlara mikrofon uzadıblar. Bu xanımın dediyi isə daha çox təsirlidir. O, bildiri ki, ətrafdakı insanlara baxın. Virusun tüğyan etdiyi bir vaxtda adamların maska alıb taxmağa belə pulları yoxdur. Bəs belə vəziyyətdə bayram süfrəsini necə dolduracaqlar?
Sorğuda iştirak edən hər kəs etiraf edir ki, indiki vəziyyətin səbəbi müharibədir. Müstəqllikdən bəri hakimiyyətə gələn hər kəs insanların gözlərini, qulaqlarını yalançı qəhrəmanlıqlarla doldurublar. Bu gün isə həmin yalanların maskası cırıldı və əsil aqibət üzə çıxdı. İndi sadə ermənilər yaxşı dərk edir ki, onlara kiminsə torpağını qəsb etmək yox, normal adam kimi yaşamaq lazımdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Yeni qadağa
-
Toyda gəlini bəd nəzərdən qorumaq üçün başdan-ayağa qızıla bürüdülər - (Video)
-
Hörmüz boğazında ticarət gəmisinə zərbə - Gəmidə yanğın başladı
-
Çindən Yaponiyaya sərt xəbərdarlıq: “Tarixdən dərs çıxarın”
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
-
Si Cinpinin irəli sürdüyü qlobal inkişaf təşəbbüsünün 5 ili tamam olur
XƏBƏR LENTİ
-
Bakının içməli su sistemi dəyişir
-
Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı
-
AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir
-
Makiyaj videosu yayılan qız sığınacağa yerləşdirilib? - Direktordan açıqlama
-
Qubad İbadoğlu Almaniyaya getdi - Barəsində yeni qərar
-
Bu küçədə evlər söküləcək - Sakinlərə 2700 manat təklif olunub
-
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Yeni qadağa
-
Əvəz Zeynallı dəfn edildi
-
Bakıda gecədən etibarən yollar bağlanır - Ərazilər
-
Tierri Anri: "Arda Gülər... Bu adı unutmayın"
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
-
“Roşka”nın 5 il həbsi tələb edildi
-
“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı
-
Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır - Kamran Əliyev
-
Toyda gəlini bəd nəzərdən qorumaq üçün başdan-ayağa qızıla bürüdülər - (Video)
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)
-
Bakıda 3 küçədə hərəkət məhdudlaşdırılacaq
-
Hörmüz boğazında ticarət gəmisinə zərbə - Gəmidə yanğın başladı
-
Bakıda bu yolun işıqforunda dəyişiklik edildi
-
İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir
-
Ayın 30-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Payızda bu meyvə bahalaşacaq - 300 məhsul verən ağac indi 50 məhsul verir
-
Tanınmış iqtisadçı-ekspert 54 yaşında vəfat etdi - (Foto)





