Dünya

Gürcüstanda əhalinin sayı azalıb

2 Aprel 2021 20:00
Baxış: 831
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçən il Gürcüstanda əhalinin sayı bir qədər azalıb. 2020-ci ildə Gürcüstanda 46 min 520 uşaq doğulub, bunların da 24 min 289-u oğlan, 22 min 231-i isə qız uşaqlarıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, keçən il ölkədə 50 min 537 nəfər dünyasını dəyişib, bu da 2019-cu illə müqayisədə 8,3 faiz çoxdur.

Keçən il Gürcüstanda 16 min 359 nikah müqaviləsi bağlanıb, bu da 2019-cu illə müqayisədə 29,7 faiz azdır.

Boşanmaların sayı isə 2019-cu illə müqayisədə 31,8 faiz azalaraq 7 min 643 fakt təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.