Dünya

İnsanların ölümünə səbəb olan dərman şirkəti cərimələndi: 2,7 milyon avro

31 Mart 2021 20:00
Baxış: 952
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Mediator" adlı arıqlama dərmanı ilə bağlı açılan məhkəmə davasında şirkət 2,7 milyon avro cərimələndi.

Milli.Az xəbər verir ki, fransız mediası məhkəmənin verdiyi qərarda Servier şirkəti "istəmədən ölümə yol açmaq və şikəst qalma səbəbi" ilə 2.7 milyon avro cərimə edilib.

2009-cu ildə satışı qadağan edilən dərmanın bir çox xəstə üzərində yan təsirləri aşkarlanıb. Həmin şirkətlə bağlı 2010-cu ildə araşdırmalara başlanılıb. Şirkətin sahibi Jacques Servier isə 2014-cü ildə həyatını itirib.

Qeyd edək ki, 2009-cu ildə bazardan çıxan "Mediator" adlı dərman 33 ildən çox satışda olub. 5 milyon insanın istifadə etdiyi dərmanla bağlı ilk yan təsir 1999-cu ildə ürək rahatsızlığı olub. 2000-ci ildə isə bu dərmanın ürək rahatsızlıqlarına səbəb olduğu açıqlandı. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.