Dünya

NATO təlimində rüsvayçılıq: zavod "ələ keçirildi" - VİDEO

30 May 2021 19:56
Baxış: 1 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bolqarıstanda NATO-nun hərbi təlimi zamanı amerikalı hərbçilərin iştirakı ilə qalmaqal baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, amerikalı hərbçilərin təlim zamanı Plovdiv şəhərində zeytun yağı emalı zavoduna soxulub, sexdəki işçiləri silahla təhdid etməsinin videogörüntüsü yayılıb.

Zavod təlimin keçirildiyi hərbi aerodromun yaxınlığında yerləşir. Videogörüntülərdən aydın olur ki, bir qrup hərbçi hasarı aşaraq müəssisəyə "hücum"a başlayır. Zavoda daxil olan hərbçilər əməkdaşlara tərpənməməyi əmr edir və müəssisədə axtarışa başlayırlar. Bir müddət sonra onlar əməkdaşlara izah edirlər ki, zavodu təlim zonasının bir hissəsi hesab ediblər.

Zavodun sahibi Marin Dimitrov baş verən hadisəni alçaldıcı hesab edir və məhkəməyə müraciət edəcəyini bildirib: "Bu, mənim üçün təhqirdir. Elə bil ki, mən hansısa terrorçuyam".

Sonradan Bolqarıstan müdafiə naziri Georqi Panayotov baş verən olayla əlaqədar üzr istəyib. ABŞ tərəfi də zərər çəkənlərə kompensasiya ödəməyə hazır olduğunu bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.