Dünya

Rusiyanın bir neçə şəhərindən Azərbaycana uçuşlar dayandırıldı

25 Mart 2021 15:30
Baxış: 1 415
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Federal Hava Nəqliyyat Agentliyi (Rosaviasiya) Rusiyanın beş şəhərindən Azərbaycana uçuşlar üçün icazəni ləğv edib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Qeyd olunub ki, martın 23-də keçirilən iclasdan sonra Federal Hava Nəqliyyatı Agentliyi Azərbaycana uçuşlar üçün "İjavia" aviaşirkətinə verilmiş icazənin ləğvi barədə qərar qəbul edib. Qərarın hava nəqliyyatı şirkətinin ərizəsi əsasında verildiyi bildirilib. İcazəsi ləğv olunan aviareyslər bunlardır: Həştərxan-Bakı, Volqoqrad-Bakı, Ulyanovsk-Bakı, Rostov-na-Donu-Bakı. 

Bundan əlavə, qurum, "Red Wings" aviaşirkətinin Krasnoyarsk-Bakı reysinə olan icazəni də ləğv edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.