Roma Papası Fransisk kardinalların və digər din xadimlərinin məvaciblərini 10% azaltmaq barədə göstəriş verib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, Papanın bu qərarının mövcud iş yerlərinin saxlanması ilə bağlı olduğu bildirilir. Belə ki, pandemiyanın səbəb olduğu iqtisadi böhran Vatikanın gəlirlərinə də mənfi təsir edib.
Qərarın aprelin 1-dən etibarən qüvvəyə minəcəyi qeyd olunur.
"Reuters"in məlumatına görə, hazırda Vatikanda çalışan kardinalların məvacibi orta hesabla 4-5 min avro təşkil edir.
Milli.Az