Dünya

Gürcüstanda koronavirusun daha çox yayıldığı bəzi ərazilər “qırmızı zona” elan edilə bilər

24 Mart 2021 23:50
Baxış: 1 546
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanda koronavirusun daha çox yayıldığı üç bölgə "qırmızı zona" elan edilə bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze məlumat verib.

Nazir deyib ki, hazırda Quriya, İmereti bölgələri və paytaxt Tbilisi şəhərində koronavirusun yayılmasında hərəkət intensivliyi müşahidə olunur. Artıq sərt məhdudiyyətlərin yenidən tətbiqi barədə müzakirələr aparılır.

Qeyd edək ki, son sutka ərzində Gürcüstanda COVID-19-a 450 yeni yoluxma faktı qeydə alınıb.

Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 278 min 628-ə çatıb.

Son 24 saat ərzində daha 8 nəfər pandemiyanın qurbanı olub və koronavirusdan ölənlərin sayı 3 min 722-yə çatıb.

Hökumətin COVID-19-la əlaqədar yaratdığı stopgov.ge saytının məlumatına görə, son sutkada koronavirusa yoluxanların 237-si paytaxt Tbilisidə qeydə alınıb.

Hazırda Gürcüstanda qeydiyyatda olan 3 min 958 aktiv koronavirus xəstəsi var. Xəstəxanalarda müalicə olunan 1463 nəfərin 718-i paytaxt Tbilisidədir.

Bildirilib ki, hazırda Gürcüstanda 265 nəfər karantin rejimindədir və onların da 156-sı paytaxtdadır.

Eyni zamanda, özünütəcrid rejimində olan 6 min 632 nəfərində 3089-u Tbilisidədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.