Dünya

Filippin hökuməti ölkədə koronavirusla mübarizə tədbirlərini sərtləşdirir

24 Mart 2021 22:40
Baxış: 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Filippin hökuməti bu ölkədə koronavirusa yoluxanların gündəlik sayı artdığına görə, pandemiyaya qarşı mübarizə tədbirlərini sərtləşdirir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son günlər ölkədə koronavirusa yoluxanların gündəlik sayı 8 mini ötüb və bu şəxslərdə virusun müxtəlif ştammları müşahidə edilib.

Bununla əlaqədar, paytaxt Manilada və onun yaxınlığında yerləşən dörd əyalətdə restoranlarda qida qəbulu dayandırılıb. Həmçinin, həmin əyalətlərdən səfərlərin iki həftə müddətinə qadağan edildiyi elan olunub.

Xatırladaq ki, Filippin hökuməti artıq bir ay müddətinə əcnəbilərin ölkəyə gəlişinə qadağa tətbiq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.