Dünya

Ermənistanda hərbi vəziyyət ləğv edildi

24 Mart 2021 12:59
Baxış: 702
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan parlamenti ölkədə hərbi vəziyyətin ləğv edilməsi barədə qərar layihəsini qəbul edib.

Milli.Az APA-ya istinadən bildirir ki, müxalif "Çiçəklənən Ermənistan" və "İşıqlı Ermənistan" partiyalarının təklif etdiyi qərar layihəsini Nikol Paşinyanın "Mənim addımım" parlament fraksiyası dəstəkləyib. 

Parlamentin bugünkü plenar iclasında baş tutan səsvermə zamanı deputatlardan 118-i  layihənin lehinə, 1-i əleyhinə səs verib.

Qeyd edək ki, Ermənistanda hərbi vəziyyət 2020-ci ilin 27 sentyabrında Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatların başlanması ilə əlaqədar elan edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.