Dünya

Putin sabah koronavirusa qarşı peyvənd olunacaq

22 Mart 2021 17:40
Baxış: 918
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin sabah koronavirusa qarşı peyvənd olunacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, koronavirusa qarşı peyvənd istehsalının artırılması barədə müşavirədə çıxış edən V. Putin bildirib ki, vaksinasiya hər kəsin şəxsi seçimidir: "Yeri gəlmişkən, mən sabah koronavirusa qarşı peyvənd olunmaq niyyətindəyəm".

Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, V. Putin Rusiyada istehsal olunan 3 peyvənddən biri ilə peyvənd olunacaq.

Vaksinasiya prosesi geniş işıqlandırılmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.