Dünya

Rusiyada qubernator həbs olundu - 31 milyon rüşvət alıb

22 Mart 2021 16:07
Baxış: 748
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskvanın Basman Məhkəməsinin qərarı ilə Penza vilayətinin qubernatoru İvan Belozertsev 31 milyon rubldan çox rüşvət almaq ittihamı ilə iki ay müddətinə həbs edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Məhkəmə istintaqın Belozertsev barəsində 20 may tarixinə qədər həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətini təmin edib. Onun ev dustaqlığına buraxılması barədə vəsatət təmin edilməyib.

Basman Məhkəməsinin hakimi Natalya Dudar qeyd edib ki, ev dustaqlığı şəklində həbs qətimkan tədbirinin seçilməsi Belozertsevin istintaq orqanlarına mane olmaq və dəlilləri məhv etmək imkanını istisna etməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.