Dünya

Misirin məşhur yazıçısı vəfat edib

21 Mart 2021 23:11
Baxış: 863
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Misirli yazıçı və qadın hüquqlarının müdafiəçisi Nəval əs-Səadvi vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 89 yaşlı yazıçının son vaxtlar səhhətindən problemlər var idi.

Qeyd edək ki, ixtisasça psixiatr olan Nəval əs-Səadvinin əsərləri 20-dən çox dilə tərcümə edilib.

O, bir sıra mükafatlara layiq görülüb. 2015-ci ildə xanım yazıçı "Nobel"in Ədəbiyyat nominasiyası üzrə mükafatına namizəd göstərilmişdi.

Nəval əs-Səadvi feminist yazar kimi də məşhur idi. Xüsusilə, bir sıra Afrika ölkələrində  ənənvi "qadın sünnəti"nə qarşı kəskin çıxışları ilə tanınırdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.