Dünya

Son sutkada dünyada 513 797 nəfər koronavirusa yoluxub

21 Mart 2021 20:53
Baxış: 549
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son sutkada dünyada 513 797 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub,  9 984 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu, Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı son statistikada əksini tapıb.

Beləliklə, indiyə qədər dünyada 122 524 424  nəfər koronavirusa yoluxub, 2 703 620 nəfər ölüb.

Ötən sutkada COVİD-19-a yoluxmaların 40 faizindən çoxu (206 504 yoluxma) Avropanın payına düşür. İkinci yerdə 202 660 yoluxma ilə Şimali və Cənubi Amerika, üçüncü yerdə 51 988 yoluxma ilə Cənub-Şərqi Asiya gəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.