Dünya

“Azərbaycan Naxçıvanla kommunikasiya əlaqəsi əldə etməlidir” - Paşinyan

20 Mart 2021 18:35
Baxış: 2 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan Baş naziri Nikol Paşinyan regionda düşmənçilik münasibətlərinə son qoyulmasının və bununla bağlı kommunikasiyanın açılmasının vacib olduğunu bildirib.

Milli.Az qafqazinfoy-a istinadən xəbər verir ki, N.Paşinyan bunu Ermənistanın Araqatson bölgəsinə səfəri zamanı kəndlilərlə görüşündə deyib: "Məsələ hasısa şəkildə həll olunmalıdır. Biz gərək hərəkət edək və problemin həlli üçün regional kommunikasiya və yollar açılmalıdır".

Paşinyan erməni vətəndaşlara müraciətində qeyd edib ki, əgər sizə kimsə desə ki, Azərbaycan və Ermənistan arasında kommunikasiyanın bərpası bu dövlətlərdən yalnız birinə xeyiri var, onlara inanmayın, yalan deyirlər:

"Azərbaycan Naxçıvanla kommunikasiya əlaqəsi əldə etməlidir, biz isə Rusiya və İranla dəmiryolu əlaqəsi yaratmalıyıq. Bu o deməkdir ki, iqtisadiyyatımız əhəmiyyətli dərəcədə dəyişə bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.