Dünya

Gürcüstan Prezidentinə “AstraZeneca” peyvəndi vurulub

18 Mart 2021 13:27
Baxış: 1 190
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstan Prezidenti Salome Zurabişviliyə yeni növ koronavirus (COVID-19) əleyhinə "AstraZeneca" peyvəndi vurulub.

Milli.Az APA-ya istinadən bildirir ki, S. Zurabişvili COVID-19-a qarşı Tbilisi İnfeksion Xəstəliklər xəstəxanasında peyvənd olunub.

Qeyd edək ki, Gürcüstanda yeni növ koronavirus əleyhinə vaksinasiyaya martın 15-də başlanılıb. İlkin mərhələdə yalnız səhiyyə işçiləri peyvəndlənir. İndiki mərhələdə 2 719 həkim peyvənd edilib. Vaksinasiya prosesində martın 13-də ölkəyə gətirilən "AstraZeneca" peyvəndlərindən istifadə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.