Dünya

İtaliyada son sutkada 502 nəfər koronavirusdan öldü

17 Mart 2021 10:00
Baxış: 453
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 20 396 nəfərin yoluxduğu təsdiqlənib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 502 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 103 001 nəfərə çatıb. Ölkədə hazırda 536 115 aktiv koronavirus xəstəsi var, onlardan 3256-sı ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində yoluxmuş 3 258 770 nəfərdən 2 619 654 (son sutkada 14 116 nəfər) sağalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.