Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 268 yoluxma halı qeydə alınıb, 5 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 274 989 nəfərə, ölənlərin sayı isə 3 648 nəfərə çatıb.
Virusa yoluxanlardan 268 237 nəfərin sağaldığı bildirilir.
Milli.Az