Dünya

Pandemiya Avropada onlayn alış-veriş sahəsində böyük canlanma yaradıb

10 Mart 2021 20:37
Baxış: 886
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pandemiya dövründə ticarət obyektlərinin bağlanmasına baxmayaraq, mağazaları gəzmək həvəsi onlayn alış-verişin kəskin şəkildə artmasına səbəb olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Macarıstanda internet istifadəçilərinin təxminən 70 faizi bu xidmət vasitəsilə onlayn alış-veriş etməklə yanaşı, digər internet sahələrindən də istifadə edirlər.

Avropa İttifaqında onlayn alış-veriş edən internet istifadəçilərinin orta göstəricisi 72 faiz təşkil edir. Yəni, macarlar, bu baxımdan Avropanın orta statistik göstəricisindən çox da geri qalmırlar. Pandemiyayadək olan dövrlə müqayisədə ölkədə onlayn alış-verişdə təxminən 23 faiz artım qeydə alınıb.

Pandemiya zamanı niderlandlılar daha çox (İnternet istifadəçilərinin 91 faizi) onlayn alış-veriş ediblər. İkinci yerdə danimarkalılar (90 faiz), sonrakı yerlərdə isə almanlar (87 faiz), isveçlilər (86 faiz) və irlandiyalılar (81 faiz) gəlir. Hazırda onlayn alış-veriş xidmətindən ən az istifadə edənlər bolqarlar (42 faiz), rumınlar (45 faiz ) və italyanlardır (49 faiz).

Macarıstandan başqa, bu sahədə kəskin canlanma Rumıniyada (27 faiz), Çexiyada və Xorvatiyada (25 faiz) müşahidə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.