Dünya

Niderlandda komendant saatı martın 31-dək uzadılıb

9 Mart 2021 08:44
Baxış: 435
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Niderlandda koronavirusla mübarizə tədbirləri çərçivəsində komendant saatı martın 31-dək uzadılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu mətbuat konfransı zamanı ölkənin baş naziri vəzifəsini icra edən Mark Rütte deyib.

Onun sözlərinə görə, statistikaya və mütəxəssislərin proqnozlarına əsasən, martın 16-dan əhəmiyyətli yumşalmalarının tətbiqi mümkün deyil:

"Hazırda martın 3-ü qüvvəyə minən yumşalmalarla əlaqəli yalnız kiçik düzəlişlər mümkündür".

Qeyd edək ki, Niderlandda koronavirusa ilk yoluxma halı ötən il fevralın 27-si qeydə alınıb. Hazırkı dövrədək ölkədə 11,1 milyondan artıq insan koronavirusa yoluxub, 15,8 min nəfər isə koronavirusdan vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.