Dünya

Almaniya hökuməti konstitusiyadan “irq” sözünü götürəcək

6 Mart 2021 10:26
Baxış: 482
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

AFR-in hakim koalisiyası (Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı və Almaniya Sosial-Demokrat Partiyası) "irq" sözünü konstitusiyadan çıxarmaq barədə razılığa gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənədin üçüncü paraqrafında qeyd edilir ki, heç kəs cinsinə, mənşəyinə, irqinə, dilinə, soyadına və doğum yerinə, məzhəbinə, dininə, siyasi baxışlarına, həmçinin əlilliyinə görə ayrıseçkiliyə məruz qala bilməz.

Alman parlamentariləri "irq" sözünü "irqçi əsaslarla" əvəz etmək barədə razılığa gəliblər.

AFR hökumətinin gələn həftə lazımi dəyişikliklər edəcəyi gözlənilir. Düzəlişin təsdiqi üçün Bundestaq və Bundesratın üzvlərinin səslərinin üçdə iki hissəsi də lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.