Dünya

“YouTube”da Trampın videosu silinib

4 Mart 2021 08:13
Baxış: 792

"Sputnik" xəbər portalının ABŞ-ın keçmiş prezidenti Donald Trampın çıxışı əks olunan "YouTube"a yerləşdirdiyi video silinib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "YouTube" video xidmətinin rəhbərliyi bildirib.

Rəhbərlik videonun silinməsini Trampın çıxışının lazımi kontekstdə olmaması  ilə izah edib.

Qeyd edək ki, sözügedən videoda Tramp Orlandada konfrans zamanı keçən il ABŞ-da keçirilən prezident  seçkilərindəki saxtakarlıqdan danışıb. Bu, Trampın prezident vəzifəsindən getdikdən sonra ilk açıq görünüşü idi.

Milli.Az

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics