Dünya

Ermənistan müxalifəti prezidentlə təcili görüş tələb edir

2 Mart 2021 22:31
Baxış: 1 267

Ermənistandakı "Vətənin xilası uğrunda" hərəkat ölkə prezidenti Armen Sarkisyanla fövqəladə görüş tələb edən bəyanatla çıxış edib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bəyanatın mətni müxalifət hərəkatının Facebook səhifəsində yerləşdirilib.

Bəyanatda deyilir: ""Vətənin xilası uğrunda" hərəkat Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən azad edilməsi ilə bağlı prezident Armen Sarkisyanın bugünkü qərarından narahatlığını ifadə edir. Yayılan məlumatda ölkə rəhbəri Konstitusiya Məhkəməsində Nikol Paşinyanın müvafiq qərarının mübahisələndirilməsinə dair məsələdən yan keçir. Deyilənlərə əsasən, "Vətənin xilası uğrunda" hərəkatın nümayəndələri Ermənistan prezidenti ilə təcili görüş tələb edirlər".

Daha əvvəl xəbər verdiyimiz kimi, Ermənistan prezidenti Armen Sarkisyan bu gün Konstitusiya Məhkəməsinə müraciət edərək hələ 2018-ci ildə "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" qəbul edilmiş qanuna edilmiş dəyişikliyin konstitusiyaya uyğuluğuna nəzər yetirməsini xahiş edib.

Ancaq məsələ bundadır ki, Sarkisyanın Konstitusiya Məhkəməsinə etdiyi müraciət, Qasparyanın vəzifəsindən azad edilməsinə mane olmur, çünki Konstitusiya Məhkəməsi vəsatətə yox, Paşinyanın bu vəsatəti göndərməsinə imkan verən qanunvericilik dəyişikliklərinə baxacaq.

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.