Dünya

Çexiya bu tarixdən karantini sərtləşdirir

27 Fevral 2021 11:04
Baxış: 763
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çexiya martın 1-dən etibarən ölkədə koronavirusa qarşı karantin rejimini sərtləşdirəcək.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb.

Bildirilir ki, vətəndaşların həkim və ya işə getmələri istisna olmaqla üç həftə ərzində öz məhəllələrindən çıxması qadağan olunacaq.

Səlahiyyətlilər fəaliyyətinə davam etməyə icazə verilən iri mağazaların siyahısını da azaldıb. Belə ki, ofis ləvazimatları və uşaq geyimləri olan satış yerləri bağlanacaq. Məktəbəqədər təhsil müəssisələri də fəaliyyətini dayandıracaq və şagirdlər onlayn təhsilə keçəcəklər.

Qeyd edək ki, bundan əvvəl Çexiyanın Baş naziri Andrey Babiş yeni bir koronavirus növü ilə vəziyyətin pisləşməsi fonunda ölkə daxilində vətəndaşların hərəkətini məhdudlaşdırmağa çağırmışdı. Baş nazir vətəndaşların hərəkətinin mümkün qədər məhdudlaşdırılması üçün ölkənin yeni bir fövqəladə rejimə ehtiyac olduğunu demişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.