ABŞ Prezidenti Co Bayden Birləşmiş Ştatların Suriyadakı son aviazərbələri fonunda İrana "ehtiyatlı olmağı" tövsiyə edib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri o, jurnalistlərə müsahibəsində səsləndirib.
Suriyadakı son bombardmanla ABŞ-ın İrana nə kimi siqnal göndərmək istədiyi ilə bağlı jurnalistlərin sualına Bayden - "Cəzalandırılmamış şəkildə addım ata bilməyəcəksiniz", - deyə cavabını verib: "Ehtiyatlı olun".
Milli.Az