Dünya

"Parkları şumlayıb, əkin əkəcəyik" - Hindistanlı fermerlərdən ultimatum

25 Fevral 2021 08:38
Baxış: 576
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanda yeni kənd təsərrüfatı qanunlarına etiraz edən fermerlər tələbləri yerinə yetirilməyəcəyi təqdirdə ölkə parlamentini mühasirəyə alacaqları ilə hədələyiblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu açıqlama ilə etiraz aksiyalarına rəhbərlik edən "Hindistanlı Fermerlər Birliyi" təşkilatının nümayəndəsi Rakeş Tikait çıxış edib.

"Bu dəfə parlamentin mühasirəyə alınması üçün çağırış olacaq. Bunu elan edərək Dehliyə gedəcəyik. Bu dəfə orada 400 min traktor olacaq!" - deyə kəndlilərin və fermerlərin qurultayında çıxış edən R. Tikait bildirib.

O, əkin əkmək üçün vaxtın yetişdiyini, lakin fermerlərin etirazlarından əl çəkməyəcəklərini, lazım gələrsə, Dehlidəki parkları şumlayaraq orada məhsul yetişdirməyə hazır olduqlarını söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.