Dünya

Dünyanın ən çox qazanan idmançısı qəzaya düşüb

24 Fevral 2021 15:04
Baxış: 1 101
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfsanəvi qolfçu Tayger Vuds faciə ilə üzləşib.

Milli.Az APA-ya istinadən bildirir ki, amerikalı idmançının idarə etdiyi avtomobil qəzaya uğrayıb.

Hadisə Kaliforniya əyalətindəki Los Anceles şəhərində baş verib. Bu gün səhər yaşanan olay zamanı aşan avtomobilin içində Vuds tək olub. Yaralı vəziyyətdə onu maşından çıxaran vətəndaşlar dərhal xəstəxanaya aparıblar.

Meneceri Mark Steynberq qolfçunun ayaqlarından xəsarət aldığını və əməliyyata alındığını açıqlayıb. O, Vudsun kəsici alətlərin köməkliyi ilə avtomobildən çətinliklə çıxarıldığını söyləyib. Qəzanın səbəbi hələlik məlum deyil və bununla bağlı araşdırmaya başlanılıb.

Qeyd edək ki, Tayger Vuds son illər dünyanın çox qazanan idmançısı sayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.