Dünya

Tehranda kamikadze həbs olunub

24 Fevral 2021 11:01
Baxış: 652
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Tehranda kamikadze həbs olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Tehran polis rəisi Sərdar Hüseyin Rəhimi deyib.

O bildirib ki, kamikadzenin üzərində partlayıcı maddələr bağlanmış jilet və odlu silah olub:

"Təhlükəsizlik qüvvələri təxribatçını saxlayarkən o, polisləri bombanı partlatmaqla hədələyib. Təhlükəsizlik qüvvələri həmin şəxsi zərərsizləşdirə və həbs edə bilib."

Saxlanılan şəxsin kimliyi və harada partlayış törətmək istədiyi haqqında əlavə məlumat verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.