Gürcüstanda polis müxalif partiyanın baş ofisinə basqın etdi: saxlanılanlar var
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tbilisidə Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis dəstələri müxalif "Vahid Milli Hərəkat" partiyasının baş ofisində əməliyyat keçirib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu gün səhər saatlarından binanın ətrafına xüsusi texnika ilə yanaşı, çox sayda qüvvə cəlb edən polis əvvəlcə müxalif partiyanın sədri Nika Melianın dinc şəkildə təslim olması üçün yarım saat vaxt verib.
Polis ərazidə toplanmış vətəndaşları Tbilisi Şəhər Məhkəməsinin fevralın 17-də N.Melianın həbsi ilə bağlı qəbul etdiyi qərarının icrasına mane olmamağa çağırıb. Xüsusi təyinatlı polis dəstələri daha sonra partiyanın binasına daxil olub və bu zaman əraziyə toplanmış vətəndaşlarla hüquq-mühafizə orqanı əməkdaşları arasında insident baş verib. Hazırda partiyanın baş ofisinin birinci mərtəbəsindəki media nümahəndələrinin, həmçinin müxtəlif müxalif partiyaların liderlərinin məcburi şəkildə binadan çıxarıldığı bildirilir.
Polis Nika Melianın həbsi ilə əlaqədar əməliyyatı davam etdirir. Hazırda 10-dan çox müxalifin saxlanıldığı bildirilir.
Qeyd edək ki, fevralın 17-də Tbilisi Şəhər Məhkəməsi ölkənin əsas müxalifət partiyası olan "Vahid Milli Hərəkat"ın sədri Nika Melia barəsində həbs qətimkan təbdirinin görülməsi barədə qərar qəbul edib. Məhkəmənin qərarından sonra ölkənin Baş naziri Giorgi Qaxariya vəzifəsindən və hakim "Gürcü Arzusu" partiyasına üzvlükdən istefa verib. N.Melia 2019-cu ilin 19-20 iyun tarixlərində Tbilisidə parlament binası qarşısında "Qavrilov gecəsi" kimi tanınan polis-vətəndaş qarşıdurmasını təhrik etməkdə və qrup zorakılığında iştirakda təqsirləndirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiyada bu hava limanı bağlandı
-
"Kara Haydar"ın maşınlarından "paçka-paçka" pullar çıxdı - (Foto)
-
Əli Tarakçı həbs olundu
-
Tokayev hərbçilərin ölümünə görə Daürən Kosanovu işdən çıxardı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
XƏBƏR LENTİ
-
Namiq Qaraçuxurlu 27 il əvvəl - (Video)
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
-
Bakının bu ərazisində bulvar salınır (Video)
-
41 yaşlı Modriç yenə tarix yazdı
-
Rusiyada bu hava limanı bağlandı
-
"Kara Haydar"ın maşınlarından "paçka-paçka" pullar çıxdı - (Foto)
-
Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq
-
Əli Tarakçı həbs olundu
-
TIR "07" ilə toqquşdu: Yaralılar var
-
UEFA Millətlər Liqası: Azərbaycan Litvaya qarşı
-
Tokayev hərbçilərin ölümünə görə Daürən Kosanovu işdən çıxardı
-
İspaniya İngiltərəni səfərdə uddu
-
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Pəhriz və məşq deyilmiş: Uzun ömrün yolu başqa bir vərdişdən keçir
-
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)





