Dünya

Rusiya ilk zərbə PUA-sını təqdim edib - FOTO

22 Fevral 2021 19:39
Baxış: 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ərəb Əmirliklərində keçirilən IDEX-2021 beynəlxalq silah sərgisində Rusiya öz istehsalı olan ilk zərbə pilotsuz uçuş aparatını (PUA) təqdim edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Kronştadt" şirkətinin istehsalı olan "Orion-E" PUA-sı əsasən ixrac üçün nəzərdə tutulub.

Qeyd olunur ki, aparat müxtəlif konfiqurasiyalı silahla təchiz oluna bilər. Yerüstü idarəetmə stansiyası PUA-ları həm kəşfiyyat, həm də zərbə məqsədilə idarə edir.

"Orion-E" aparatının qanadlarının eni 16,3 metr, uçuş çəkisi 1000 kiloqramdır. 200 kiloqram yükqaldırma gücü olan aparatın uçuş müddəti 24 saat, döyüş radiusu 300 kilometrdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.