Ermənilər qan ağlayır: Bura çox darısqaldır, hər üçüncü adam işsizdir, Suriyadan daha acınacaqlıdır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsveçrəli jurnalist Mihael Vraze "Luzerner Zeitung"da dərc edilmiş "Vətənə qayıdış" adlı reportajında yeni sığınacaq tapmaq ümidi ilə Ermənistana üz tutan suriyalı ermənilərin ağır taleyindən bəhs edib.
Milli.Az xatırladır ki, 2012-ci ildən etibarən 20 mindən çox suriyalı erməni Ermənistana üz tutub.
Guya, Ermənistan Suriyadakı vətəndaş müharibəsindən qurtulmağa çalışan ermənilərə nəinki siyasi sığınacaq verməyə, hətta pasportlarla təmin olunmalarına şərait yaratmağa hazır imiş...
Reallıq isə tamam əksini deyir.
Erməni qaçqınlarının demək olar ki, hamısı Hələb şəhərindən qaçmışlar. "Onlardan təqribən 16 min nəfərə yaxını Ermənistanda qalıb. Əksəriyyətinin vəziyyəti müharibədən öncəki Suriyadakı vəziyyətdən qat-qat acınacaqlıdır", - deyə məqalədə qeyd olunur.
"Hələbdə mənim məşhur bir avtomobil emalatxanam var idi", - deyə müəllif hazırda Ermənistanın boğanaqlı yeraltı keçidlərindən birində paxlava satan Ovanes Degirmengyanın sözlərini sitat gətirir.
"Onun qazancı çox aşağıdır. Yaşı 50-ni ötmüş Ovanesin beş nəfərdən ibarət ailəsini dolandırmaq üçün qeyri-hökumət təşkilatlarının köməyi olmadan baş çıxarması mümkünsüzdür. Həmin QHT-lər Ermənistan hökumətinin qaçqınların inteqrasiyasına dair vəzifələrini öz üzərinə götürmüşlər. Aleppo-ngo.org kimi QHT-lər Beyrutdan Ermənistana axışan qaçqınlar üçün aviabiletlər təşkil edir, Ermənistan paytaxtında məskunlaşdıqları evlərin kirayə haqqını ödəyir və işə düzəlmələrinə yardım edir", - deyə məqalədə qeyd olunur.
"Yeni gələnlərin demək olar ki, hamısı burada bir-iki ay qalacaqlarını, sonra isə yenidən Suriyaya qayıdacaqlarını zənn edirdi", - deyə humanitar təşkilalardan birinin mətbuat katibi Sarkis Balxyan məqalə müəllifi isveçrəli jurnalistə bildirmişdi.
.jpg)
Hər üçüncü adamın işsiz olduğu bir ölkədə həyatlarını yenidən qurmaq məcburiyyətində qalmaları suriyalı ermənilər üçün əsl şok olub.
"Yerli ermənilər bizim doğma evimizdə olduğumuzu hiss etməyimizə imkan vermir. Onlar bizim nəyə isə iddialı olduğumuzu, onları nədənsə məhrum etmək niyyətində olduğumuzu düşünür", - deyə Sevak Sarkis adlı qaçqınlardan biri giley edir.
Sevakın atası Suriyaya qayıtmağı arzulayır: "Müharibə dayanan kimi, birinci mən geriyə qayıdacağam", - deyə o, "erməni vətənini" tamamilə başqa cür təsvir etdiyini qeyd edərək, təəsüfflə bildirir.
Mihael Vraze məqaləsində Hələb əsilli suriyalı qaçqın Anna İstanyandan da sitat gətirir. Belə ki, Anna da öz gələcəyini Ermənistandan xaricdə görür: "İstər iş baxımından, istərsə də yaşamaq baxımından bura həddindən artıq darısqaldır. Perspektiv çatışmazlığı var, irəli getmək şanslarının bol olduğu Avropa ilə ABŞ-dan fərqli olaraq, burada elə imkanlar yoxdur". Anna "vətən" olan Ermənistanın onun üçün Suriyadan daha acınacaqlı olduğunu bildirir.
Zaur Həsənəliyev
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Pezeşkian Tramp ilə görüşün şərtini açıqladı
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
XƏBƏR LENTİ
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
Azərbaycan Qran-prisi: Formula 2 üzrə sonuncu əsas yarış start götürdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
-
Prezident İlham Əliyev: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
-
Prezident İlham Əliyev: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
-
Prezident İlham Əliyev: Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər
-
Pezeşkian Tramp ilə görüşün şərtini açıqladı
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto)
-
Azərbaycanda vulkan püskürdü
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı





