Ruanda soyqırımında Fransanın əli var - Yeni sənəd
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ruandada Tutsi soyqırımında Fransanın rolu olduğuna dair iddiaları möhkəmləndirən tarixi məxfi bir sənəd yayımlanıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 1994-cü il tarixli teleqram "Madiapart" araşdırma saytı tərəfindən dərc olunub və həmin dövr Fransa hökumətinin soyqırım cinayətkarlarının qaçmasına icazə verdiyini üzə çıxarıb.
15 İyul 1994-cü ildə Tutsi soyqırımından məsul olan hökumət üzvləri Fransa ordusunun nəzarət etdiyi bir bölgədə olub. Fransanın Ruandadakı səfiri Yannik Cerard o dövrdə vəzifədə olan Prezident Fransua Mitterranın müşavirinin arxivində tapılan bir teleqramda bu şəxslərlə bağlı atılacaq addımlara dair Fransa rəhbərliyindən təlimat vermələrini xahiş edir.
"Beynəlxalq məhkəmə orqanlarının işlərinə qərar verməsini gözləmək üçün onları həbs etmək və ya dərhal ev dustaqlığına qoymaqdan başqa çarəmiz yoxdur",- deyə səfir teleqramda qeyd edib.
Fransa XİN rəsmiləri isə cavab olaraq "Bütün dolayı kanallardan, xüsusilə Afrikadakı əlaqələrinizdən istifadə edərək özünüzü birbaşa ifşa etmədən səlahiyyətlilərə "Humanitar Təhlükəsiz Zona"nı tərk etmələrini istədiyimizi çatdıra bilərsiniz. Xüsusi olaraq qeyd edin ki, beynəlxalq ictimaiyyət və xüsusən də Birləşmiş Millətlər bu qondarma səlahiyyətlilərlə bağlı nə qərar verəcəyini çox tezliklə müəyyənləşdirəcəkdir", - deyə bildiriblər.
BMT-yə görə, 1994-cü ilin aprel və iyul arası üç ay ərzində ümumilikdə 800.000 Tutsi etnik azlığına mənsub mülki vətəndaş soyqırıma məruz qalıb.
Soyqırım 6 aprel 1994-cü ildə Ruanda Prezidenti Jüvenal Xabiarimananın təyyarənin partladılması nəticəsində öldürülməsindən sonra Hutu hökuməti tərəfindən həyata keçirilib.
Fransız səlahiyyətlilərinin şübhəlilərin qaçmasına icazə verməsini və bu istiqamətdə biganəliyini ifşa edən sənəd tədqiqatçı Fransua Qğanenin uzun bir məhkəmə prosesindən sonra giriş əldə edə bildiyi açılmamış arxivlərindən götürülüb.
"Fransa səlahiyyətliləri soyqırımı həyata keçirənlərin BMT-nin onlarla bağlı hələ qərar verməməsinə baxmayaraq həbs olunmadan ərazini tərk etməsinə icazə verdi. Tutsi soyqırımının təşkilatçıları olduqlarını yaxşı bilsələr belə, onları beynəlxalq ədalətin sərəncamında saxlamaq əvəzinə, Fransa ordusunun nəzarətindəki bölgəni tərk etmələrinə imkan verdilər",- deyə tədqiqatçı və "Survie" dərnəyinin üzvü Qğane qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
-
Rusiyanın itkiləri yeniləndi
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)





