Dünya

Mövlud Çavuşoğlunun Azərbaycana səfər proqramı açıqlanıb

17 Fevral 2021 11:47
Baxış: 704
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfər proqramı açıqlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, M. Çavuşoğlu 18-19 fevral tarixlərində Azərbaycanda səfərdə olacaq.

Səfər çərçivəsində Türkiyə XİN başçısı Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək, Azərbaycan Prezidenti İlham Əliyev M. Çavuşoğlunu qəbul edəcək.

Eyni zamanda, Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkalianinin də iştirak ilə Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçiriləcək.

Türkiyə XİN başçısı gürcüstanlı həmkarı ilə də görüşəcək.

Görüşlərdə ölkələr arasında əlaqələr və regional məsələlərə dair fikir mübadiləsi aparılacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.