Səfirlik Dağıstanda tutulmuş 10 Azərbaycan vətəndaşı ilə bağlı məlumat yaydı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın Rusiyadakı səfirliyi 15 iyun 2020-ci il tarixində Rusiya-Azərbaycan sərhədində baş vermiş qarşıdurma zamanı tutulan Azərbaycan vətəndaşları ilə bağlı məlumat yayıb.
Milli.Az xəbər verir ki, səfirlikdən APA-ya verilən məlumata görə, bu müddət ərzində yuxarıda qeyd olunan məsələ diqqətdə saxlanılıb, səfirliyin əməkdaşları tutulan şəxslərlə, eyni zamanda, Rusiyanın müvafiq dövlət orqanlarının nümayəndələri ilə görüşlər keçirib, səfirliyin səlahiyyətləri çərçivəsində Azərbaycan vətəndaşlarına hərtərəfli yardım göstərilib.
Bildirilib ki, Ceyhun Namazov, Elbrus Əhmədov, Nahid Ağayev, Əziz Fərəczadə, Elmar Mehtiyev, Tural Qiyasov və Elmar Musayev barəsində başladılan cinayət işinə xitam verilib və onlar sərbəst buraxılıb.
Ənvər Muradov Dərbənd rayon məhkəməsinin qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Digər iki Azərbaycan vətəndaşı - Rövşən Hüseynov və Emin İmaməliyevə gəldikdə isə onlar Rusiya Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə ittiham olunurlar. Onların cinayət işi baxılması üçün Dağıstan Respublikasının Məhərrəmkənd rayon məhkəməsinə göndəriləcək. Hazırda həmin şəxslər ev dustaqlığındadırlar.
Azərbaycanın Rusiyadakı səfirliyi bu məsələni diqqətdə saxlamağa davam edəcək.
Qeyd edək ki, 15 iyun 2020-ci il tarixində Rusiya-Azərbaycan sərhədində (Dağlstanda) baş vermiş qarşıdurma zamanı 10 Azərbaycan vətəndaşı Rusiya Federasiyasının hüquq-mühafizə orqanları tərəfindən tutulub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
3000 tonluq gəmiləri havaya qaldırır, 4 saatlıq yolu 40 dəq-ə endirdi
-
Təkbuynuzlu ceyran görənləri təəccübləndirdi - (Video)
-
Polşa prezidentindən Trampa qeyri-adi ad günü hədiyyəsi - (Foto)
-
İmamoğlu da daxil olmaqla 9 nəfərə həbs cəzası verilib
-
Bayrağı salamlayırdı, avtomobil vurdu - (Video)
-
Rusiyadan Antalyaya uçan sərnişin təyyarəsində bomba həyəcanı
XƏBƏR LENTİ
-
"Ürəyim istəyəni edirəm, heç kimə fikir vermirəm" - Mətanət İsgəndərli
-
Səhər acqarına çörəkotu yemək bu problemi aradan qaldırır
-
3000 tonluq gəmiləri havaya qaldırır, 4 saatlıq yolu 40 dəq-ə endirdi
-
Məsum görünən dondurmanın 3 böyük təhlükəsi
-
Hollivudun ən çox pul qazanan aktyorları
-
8 saatlıq yuxu norması tarixə qovuşur?
-
Təkbuynuzlu ceyran görənləri təəccübləndirdi - (Video)
-
"Başımdakı tük qədər mənimlə ailə qurmaq istəyən insan var" - Mətanət Əsədova
-
Hər gün toyuq əti yemək bədəndə nəyi dəyişdirir? 6 əsas təsir
-
Tural Əlizadəyə vəzifə verildi
-
"Ürəyim istəyəni oxumadım, toylara qaçdım" - Nüşabə Ələsgərli
-
Banka pul qoyanlar üçün güzəşt ləğv edilir - (Video)
-
Günün qoroskopu: İntuisiyanız bu gün ən güclü silahınız olacaq
-
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub
-
İşlənmiş telefon alanda bu kodu mütləq yoxlayın - Oğurluq olub-olmadığını öyrənəcəksiniz
-
"Nənəmin təndiri"ndə yanğın oldu
-
Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq - (Video)
-
Gülarənin qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub - (Video)
-
Vatsapda yeni "bənövşəyi" funksiya - (Foto)
-
Azərbaycanın daha 4 boksçusu U-23 Avropa çempionatında mərhələ adlayıb - (Foto)
-
“Azərbaycanla sülh müqaviləsi imzalanmadan getmək niyyətində deyiləm” - Paşinyan
-
"Lexus"la piyadanı vurub öldürən qadının kimliyi məlum oldu
-
Bakıda 17 yaşlı oğlan bıçaqlandı
-
Karyeraları boyu qırmızı vərəqə almayan futbol əfsanələri





