Dünya

Moskvada qar örtüyünün qalınlığı 60 santimetrə çatacaq - VİDEO

13 Fevral 2021 08:15
Baxış: 893
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskvada qar örtüyünün qalınlığı 60 santimetrə çatacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fevralın 12-dən Rusiya paytaxtını cənginə alan "Volker" siklonu güclü qar və küləklə müşayiət olunur.

Hava Proqnozu Mərkəzinin məlumatına görə, yaxın 12-15 saat ərzində siklonun təsiri daha da güclənəcək. Fevralın 13-ü səhərə kimi şəhərdə qar örtüyünün qalınlığının 55-60 santimetrə, küləyin sürətinin isə saniyədə 15-20 metrə çatacağı gözlənilir.

Qasırğanın fevralın 13-ü günorta saatlarınadək davam edəcəyi, gələn həftənin əvvəlindən isə havanın temperaturunun mənfi 25-30 dərəcəyədək enəcəyi proqnozlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.