Dünya

Putin Azərbaycan əsilli iş adamını mükafatlandırıb

13 Fevral 2021 08:18
Baxış: 1 118
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan əsilli iş adamı Qod Nisanovu mükafatlandırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Putin fevralın 12-də "Rusiya Federasiyasının Dövlət Mükafatlarının verilməsi haqqında" fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan əsilli iş adamı, "Kievskaya Ploşad" Şirkətlər Qrupu Müşahidə Şurasının sədri Qod Nisanov Rjevsk Sovet Əsgərinə memorial kompleks layihəsinin həyata keçirilməsindəki xidmətinə görə "Xeyirxah əməllərə görə" fərqlənmə nişanı ilə təltif olunub.

Qeyd edək ki, Vladimir Putinin müvafiq fərmanı rəsmi hüquq informasiya portalında dərc olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.