Dünya

Ermənistanda tələbələrdən Paşinyanın qərarına qarşı AKSİYA - FOTO

11 Fevral 2021 13:05
Baxış: 1 046
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ermənistanda Rusiya-Ermənistan Universitetinin tələbələri və akademik heyət ali təhsil müəssisəsinin həyətində etiraz aksiyası keçiriblər.

Milli.Az unikal.org-a istinadən bildirir ki, aksiya hakimiyyətin universitet rəhbərliyində dəyişiklik etmək qərarına qarşı təşkil olunub. Tələbələr və müəllimlər rektorun dəyişdirilməsinə etiraz ediblər.

Belə ki, universitetin hazırki rektoru Armen Darbinyan baş nazir Nikol Paşinyanın göstərişinə əsasən, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən vəzifədən götürülməyə çalışılır.

Aksiyaçılar rektora dəstək ifadə ediblər. Paşinyan hakimiyyətinə qarşı şüarlar səsləndirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.