Dünya

Tvitter Trampın hesabı ilə bağlı qərarını verdi

11 Fevral 2021 10:33
Baxış: 1 160
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tvitter sosial şəbəkəsi ABŞ-ın keçmiş Prezidenti Donald Trampın patformasını blokdan çıxarmayacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin maliyyə məsələləri üzrə vitse-prezidenti Ned Siqal bildirib:

"Bizim siyasətimiz belədir: əgər siz platformadan silinmisinizsə, şərhçi, maliyyə direktoru, keçmiş və ya indiki siyasətçi olmağınızdan asılı olmayaraq, ora qaytarılmırsınız. Yəni, şirkətin qaydalarına əsasən istifadəçinin sosial statusundan asılı olmayaraq, platformaya qayıdışına icazə verilmir".

Qeyd edək ki, tvitterlə yanaşı, feysbuk, instaqram və digər sosial şəbəkələr Trampın hesablarını müxtəlif müddətədək bloklayıb. Bu qərardan sonra Trampın müşaviri açıqlama verərək onun sosial şəbəkələr olmadan daha xoşbəxt yaşadığını demişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.