Dünya

Hər 5 insandan 1-i bu səbəbdən ölür - Görünməyən təhlükə

10 Fevral 2021 22:40
Baxış: 971
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyada hər 5 insandan 1-i fosil yanacağından qaynaqlanan hava çirkliliyi səbəbilə dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu, Harvard Universitetinin apardığı araşdırma nəticəsində məlum olub.

Birminqem, London İmperial Kolleci və Lester universitetləri ilə birlikdə aparılan "Fosil yanacaqların yanmasından yaranan xarici hissəciklərin çirklənməsindən doğan qlobal ölüm nisbəti" araşdırmasına görə, 2018-ci ildə bu səbəbdən dünyada 8 milyondan artıq ölüm gerçəkləşib.

Buna əsasən, kömür və dizel kimi yanacaqların istifadəsi nəticəsində ortaya çıxan hava çirkliliyinin ən kəskin olduğu ərazilər Şimali Amerikanın şərqi, Avropa və Cənub-Şərqi Asiyadır.

Araşdırmaçıların tapıntılarına əsasən, 2012-ci ildə yanacaq emissiyaları səbəbilə reallaşan ölümlər bütün ölümlərin 21,5 faizini təşkil edib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.