Dünya

Hostelə yumruqlu, bıçaqlı hücum

9 Fevral 2021 18:04
Baxış: 628
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hostelin daimi sakinləri bir nəfərin qəddar hücumuna məruz qalıb.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, hadisə Rusiyanın Moskva şəhərində yerləşən "Yesenin" hostelində qeydə alınıb.

Bilyard oyunçusunun üzünə fincanla zərbə vurduqdan sonra asayiş pozan şəxs digərlərini də hədəf alıb.

Birinin gözünə acı bibər atıb və bıçaqla müxtəlif fəndlər göstərib. Sonunda onu birtəhər ələ almaq mümkün olub.

Rus vətəndaşının adına pasport təqdim edən kişinin sənədləri saxta çıxıb. Polisin araşdırması nəticəsində məlum olub ki, hosteldə yaşayanlara hücum edən 53 yaşlı Aleksandr Maqay olub. Hazırda o saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.