Dünya

Bayden administrasiyası ABŞ-da bütün ailələrə qoruyucu maskalar göndərməyə hazırlaşır

8 Fevral 2021 21:07
Baxış: 1 222
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bayden administrasiyası bütün Amerika ailələrinə qoruyucu maskalar göndərməyin mümkünlüyü məsələsini müzakirə edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hazırda COVID-19-a qarşı mübarizə qrupu həmin variantın mümkünlüyünü araşdırır, lakin hələlik qərar qəbul edilməyib.

Maskaların birdəfəlik istifadə üçün, yoxsa parçadan hazırlanmış olacağı və əgər bu təklif qəbul edilərsə, hər ailənin neçə maska alacağı da hələ dəqiqləşdirilməyib.

Bayden özünün prezidentliyinin ilk 100 günü ərzində Amerikada hamının maska taxmasını xahiş edib və federal idarələrdə, həmçinin ictimai nəqliyyatda maskasız hərəkəti qadağan edən bir neçə fərman imzalayıb.

Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun direktoru doktor Entoni Fauçi Baydenin koronavirus pandemiyasına münasibəti barədə dəfələrlə müsbət fikir söyləyib və qeyd edib ki, yeni administrasiya ilə işləyəndə özünü daha rahat hiss edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.