Dünya

ABŞ-ın Türkiyədəki səfirindən “S-400” və “15 iyul” açıqlamaları

6 Fevral 2021 12:14
Baxış: 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Türkiyədəki səfiri Devid Satterfild Baydenin xarici siyasətlə bağlı çıxışının ardından iki ölkə arasındakı münasibətlərin bəzi məqamlarına aydınlıq gətirib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, səfirin "S-400" və 15 iyul çevriliş cəhdi ilə əlaqədar açıqlamaları maraq doğurub.  

"Bir məsələni açıq şəkildə bildirmək istəyirəm. S-400 havadan müdafiə sistemləri ilə bağlı iki ölkə arasında yaranan problemin həlli üçün xüsusi işçi qrupu formalaşdırılmayıb. Belə bir qrup olmayacaq. Ümid edirik ki, bu məsələ bir müddət sonra öz həllini tapacaq", - deyə D.Satterfild bəyan edib.

O, qeyd edib ki, 15 iyul çevriliş cəhdi ilə əlaqədar ABŞ-a qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur.

"Türkiyənin yüksək vəzifəli şəxslərinin 2016-cı ildə ölkədə baş verən bir sıra neqativ hadisələrdə ABŞ-ı günahlandırması bizdə narahatlıq doğurur. Bunlar əsassız iddialardır, müttəfiq və strateji əməkdaş ölkəyə yaraşmayan bəyanatlardır", -  səfir əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.