Dünya

Moskvada teatra gedən məktəblinin gözü tutuldu

6 Fevral 2021 08:58
Baxış: 758
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Moskva şəhərində teatrdan qayıdan 12 yaşlı məktəbli kor olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, uşağın başına gələn hadisənin tam olaraq nə vaxt baş verdiyi bildirilmir.

Zərərçəkənin anasının dediyinə görə, oğlu teatrdan qayıdandan bir gün sonra bir gözü tutulub.

O bildirib ki, tanımadığı bir qadın uşağın üzünə lazer şüası salıb.

Xəstəxanaya aparılan məktəbliyə gözün radiasiya yanığı diaqnozu qoyulub.

Hüquq-mühafizə orqanları faktı araşdırırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.