Dünya

Məhkəmə Koçaryanın 5 günlük ölkəni tərk etməsinə icazə verdi

2 Fevral 2021 14:04
Baxış: 921
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda məhkəmə sabiq prezident Robert Koçaryanın beş gün müddətinə ölkə xaricinə səfər etməsinə icazə verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hakim Anna Danibekyan eks-prezidentin ölkədən çıxışına qoyulan məhdudiyyəti müvəqqəti olaraq götürüb.

Məhkəmənin qərarına əsasən, R. Koçaryan 3-8 fevral tarixlərində Ermənistanı tərk edə bilər.

Xatırladaq ki, 2018-ci il iyulun 26-da Ermənistan Xüsusi İstintaq Xidməti 2008-ci il 1 mart tarixindəki etiraz aksiyalarının dağıdılmasına dair cinayət işi çərçivəsində sabiq prezident R. Koçaryana konstitusional quruluşunu devirmək ittihamı irəli sürüb. Bu cinayət işi ilə bağlı KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov, keçmiş müdafiə naziri Seyran Ohanyan və prezident administrasiyasının keçmiş rəhbəri Armen Gevorgyana da ittihamlar irəli sürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.