Dünya

Beş yaşlı qızının içinə cin girdiyini deyən qadın onu amansızlıqla öldürdü - FOTO

29 Yanvar 2021 15:19
Baxış: 1 557
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beş yaşlı qızının içinə iblis girdiyini iddia edən qadın övladını vəhşicəsinə qətlə yetirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qorxunc hadisə Braziliyanın Maravilla şəhərində qeyd alınıb.

Polisə 30 yaşlı Jozimar Qomeş da Silvanın atası müraciət edib. Kişinin sözlərinə görə, qadın onun nəvəsi ilə hamam otağında yarım saat bağlı qalıb və qapını açmaqdan imtina edib. Sonra kanalizasiya borusundan qanlı su axmağa başlayıb.

Bundan sonra kişi qapını sındıraraq içəri daxil olub və dəhşətli mənzərə ilə üzləşib: Jozimarın əlində qayçı var imiş, onun can verən nəvəsi Brenda isə döşəmənin üstündə gözsüz və dilsiz uzanmışdı. Ana bu vaxt qızın kəsilmiş dilini yeməyə çalışırmış.

Həbs olunan Jozimar qızının sağ olduğunu, ölənin isə övladının bədənində yaşayan iblis olduğunu bildirib.

Qonşuları qadının ruhi əsəb pozğunluğundan və depressiyadan əziyyət çəkdiyini deyirlər.

Hazırda qadın psixiatrik ekspertizaya göndərilib.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.