Dünya

İranda “Sputnik V”nin istifadəsinə icazə verildi

28 Yanvar 2021 18:37
Baxış: 888
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran Səhiyyə Nazirliyinin nəzdindəki dərman və qida məhsullarına nəzarət təşkilatı Rusiyanın "Sputnik V" peyvəndinin istifadəsinə icazə verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kianuş Cahanpur açıqlama verib.

"Qamaleya Tədqiqat İnstitutunun inkişaf etdirdiyi "Sputnik V" peyvəndinin təcili istifadəsinə icazə verildi",- deyə Cahanpur rəsmi tvitter hesabında bildirib.

O həmçinin qeyd edib ki, İran hazırda Hindistan, Çin və Rusiyadan gətirilən digər peyvəndlərin öyrənilməsinə davam edir.

Xatırladaq ki, daha əvvəl İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Moskva səfəri zamanı Rusiyanın "Sputnik V" peyvəndinin İranda uğurla qeydiyyata alındığını və Tehranın tezliklə Rusiya Federasiyasının iştirakı ilə peyvəndin birgə istehsalına başlayacağını açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.