Dünya

Danimarka Baş nazirinin maketini yandıranlar həbs olundular

26 Yanvar 2021 17:09
Baxış: 494
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Danimarkada yanvarın 23-də "COVID-19" məhdudiyyətlərinə qarşı təşkil olunan etiraz aksiyasında Baş nazir Mette Frederiksenin maketini yandırmaqda ittiham olunan üç nəfər Kopenhagen polisi tərəfindən saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 30, 32 və 34 yaşlarında olan şəxslər "vəzifəli şəxslərə qarşı cinayət"də ittiham edilirlər.

Onların Baş nazirə qarşı təhlükə yaratdığı, buna görə də fevralın 19-dək həbsdə qalacaqları ifadə edilib.

Qeyd edək ki, Danimarkada koronavirus məhdudiyyətlərinə qarşı son həftələrdə təşkil olunan aksiyalarda 23 nəfər saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.